Kolumbiyada minlərlə insan hökumət əleyhinə nümayişlər keçirməkdə davam edir.
Unikal.org xəbər verir ki, ölkənin paytaxt Boqota, Medellin, Pasto, Pereira, Barranquilla və Santander şəhərlərində etirazçılar hökumətin yeni vergi siyasətinə reaksiya göstərib.
Belə ki, Milli Tətil Komitəsi 16 iyundan etirazların keçirilməsinə qadağan edib. Lakin Boqotada etirazçılar şəhərin ən işlək prospektində dinc yürüşlər edərək, bələdiyyəyə məxsus 12 ictimai nəqliyyat vasitəsini ələ keçirməsindən sonra polislə etirazçılar arasında gərginlik yaranıb.
Hadisə nəticəsində onlarla kolumbiyalı yaralanıb.