Goranboyda kafedə qadın bıçaqlanıb.

Unikal.org xəbər verir ki, hadisə axşam saatlarında Aşağı Ağcakənd qəsəbəsindəki kafelərin birində baş verib.

Gəncə şəhər sakini olduğu ehtimal edilən qadın hələlik bəlli olmayan səbəbdən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.(apa.az)