20 ilə yaxındır "Wolverine" filmində "Marvel"in ən sevilən personajlarından birinə həyat verən Hyu Cekman İnstaqramdakı paylaşımları ilə "X-Men"ə geri dönmə ehtimalı olduğuna işarə edib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, filmin son bölümündə Hyu Cekmanın canlandırdığı Loqanın ölümü bütün "Marvel" izləyicilərini kədərləndirmişdi. Aktyor öncəki açıqlamalarında isə "X-Men"ə geri dönə biləcəyini vurğulamışdı.
Bu günlərdə "Bosslogic" tərəfindən hazırlanan çizimi və ardından "X-Men" filminin prodüseri Kevin Feige ilə birlikdə olan fotosunu yayımlayaraq bu ehtimalların reallaşa biləcəyini deyib.
Lakin onun bu obrazı canlandırıb-canlandırmayacağı dəqiq deyil.