Bu gün əməkdar artist Zöhrə Abdullayevanın ölümündən 40 gün ötür.
Unikal.org xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova müğənni ilə bağlı maraqlı açıqlama verib.
O, Abdullayevanın mirasından söz açıb:
"Zöhrə Abdullayeva ilə 5 il bir teatrda çalışmışıq. Həmin 5 ildə gül qədər ondan incimədim. Bir bacı kimi də onun əvəzi olmayacaq. Sağlığında evini, maşınını, bağını, bankda olan pulunu sosial durumu yaxşı olmadığı üçün qardaşının adına keçirib. Bunu edib ki, qardaşı ondan sonra əziyyət çəkməsin. Dünyada belə bacılar var imiş. Bacım, Allah o biri dünyanı rahat eləsin. Allah yerdə qalanlarına dəyməsin".