Amerikalı rejissor və aktyor Robert Dauni-böyük 85 yaşında vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Robert Dauni-böyük Parkinson sindromundan əziyyət çəkirdi. O, Nyu-Yorkda evdə dünyasını dəyişib.

Qeyd edək ki, rejissorun ilk reytinqli işi “Patni Svoup”, daha sonra isə “Qriser sarayı” olub. Həmçinin aktyor "Maqnoliya", "Yaşamaq və ölmək Los-Ancelesdə" filmlərində də rol alıb.