"ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması avqustun 31-də tamamlanacaq. Proses itkisiz baş tutur".
Unikal.org xəbər verir ki, bu barədə ABŞ lideri Cozef Bayden deyib.
"Əfqanıstandakı hərbi missiyamız avqustun 31-də tamamlanacaq. Çıxış təhlükəsiz və nizamlı bir şəkildə davam edir . ABŞ və digər qüvvələr arasında itki yoxdur. ABŞ Əfqanıstanda istədiklərinə nail oldu",- deyə Bayden bildirib.