Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 148 yoluxma halı qeydə alınıb.

Unikal.org "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 226135-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 4 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 540 nəfərə çatıb.