Kann Film Festivalında qırmızı xalça üzərində parlayan ulduzlardan Marion Kotiyarın geyimi də göz qamaşdırıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, 45 yaşlı aktrisanın əynindəki zərif paltarın hazırlanmasına düz 322 saat sərf olunub. Gümüş krujeva və bəzək təbəqələrindən dizayn edilən geyim ötən il "Chanel"in təqdim etdiyi kolleksiyaya aiddir.