Cümə günü Fransanın Marsel şəhərində baş verən silahlı hücumda azı bir nəfər güllələnib, üç nəfər bıçaqlanıb.
Unikal.org xəbər verir ki, hadisə şəhərin 11-ci dairəsində yerləşən bir uşaq bağçası yaxınlığında baş verib.
Hadisə yerli vaxtla saat 17 radələrində olub. Əraziyə gələn polis əməkdaşları güllə yarası alan 18 yaşlı gənclə rastlaşıb. O, aldığı yaradan hadisə yerində keçinib.
Ölən şəxsin narkotik ticarəti ilə məşğul olduğu bildirilir.
İlkin məlumatlara görə, yoldan keçən üç nəfər zərərçəkmişə kömək etmək istəyib, lakin lakin naməlum şəxs bıçaqla onlara hücum edib.
Polis cinayətkarı axtarır.