Türkiyədə Van-Erçis magistral yolu üzərində yerləşən Karahan bölgəsində qanunsuz miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında baş verən qəzada 12 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qeyd edək ki, İranla həmsərhəd olan Van vilayəti, Əfqanıstan və Pakistandan Türkiyə sərhədini qanunsuz keçərək AB ölkələrinə köçməyə çalışan miqrantların keçid bölgəsidir.