"Aşkın tarifi" adlı serialda baş rolları canlandıran Kadir Doğulu və Serra Arıtürkin sosial mediada açdıqları canlı yayım xoş qarşılanmayıb.
Unikal.org türk mediasına istinadən xəbər verir ki, izləyicilər tərəf müqabili olan cütlüyün səmimi münasibətini qınayıb, Kadirə evli olduğunu xatırladadıblar. Hətta müğənni Çağla da öz hesabında buna münasibət bildirib:
"Bu nədir, evli bir kişi serialdan kənar bir ortamda sevgi hərəkətləri, sırf izlənsin deyə. Əsəb oldum. Nə oldu böyük sevdana?!"
Qeyd edək ki, Kadir Doğulu aktrisa Neslihan Atagüllə evlidir.