Sabunçu RPİ 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini Ş.Abdullayev iyunun 29-da dövlət qeydiyyat nişanlarını çıxardığı “VAZ-2108” markalı avtomobilinin oğurlandığını bildirmişdir.

DİN-dən Unikal.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Ağdam rayon sakini A.Məmmədov tərəfindən oğurlanması müəyyən edilmişdir. O, Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılmışdır.

Araşdırma aparılır.