Bakıda telefon rabitə naqillərini oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a bildirilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər Telefon İstehsalat Birliyinə məxsus 185 metr telefon rabitə naqilini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri M.Birbalazadə və qardaşı müəyyən edilərək saxlanılıblar.