"Yeni ulduz"dan sonra maddiyat olmadı. Bir neçə bəstəkar pulsuz mahnı verdi. Eldar Mansurov səsimə görə mahnı verirdi. İndi qışqırmaqla oxumaq olmur. Əgər mahnını çatdıra bilirsənsə, yüksək nota ehtiyac yoxdur".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova "Xəbər-ətər" proqramında deyib. Sənətçi şou-biznesdən uzaq qalmasının səbəbini açıqlayıb:
"Beynəlxalq müsabiqələrə qatıldım. Xaricdə mükafat aldım. Heç kimin görmədiyi işi gördüm. Azərbaycana gəldim sual verdilər ki, doğrudan mükafat aldın, yoxsa başqa müğənnilər kimi toya getmişdiniz? Dedim, bu, bəsdir. Hər ay mahnı təqdim etmək olmaz".
Yay istirahətindən danışan İlhamə "Dənizə getməyə vaxt olmur. İndi çoxları görüntülənməmək üçün çıxıb gedir Türkiyəyə istirahətə. Orada da istirahət mərkəzlərində dincələnlərin 80 faizi azərbaycanlılardır. Ona görə də burda dincəlmək yaxşıdır" sözlərini deyib.
İfaçı sosial şəbəkədə paylaşdığı şəkillərinə fotoşop etdiyini etiraf edib:
"Heç kim mənim kimi şəkil çəkə bilməz. Birdən yazırlar ki, nə qəşəng arıqlamısan. Onlara deyirəm ki, arıqlamamışam. Hamısı fotoşopdur, özüm düzəldirəm".