Xəzər Rayon Prokurorluğu Binə qəsəbəsində baş verən qətllə bağlı açıqlama yayıb.
Unikal.org-a daxil olan açıqlamada deyilir:
"İyulun 24-ü saat 11 radələrində Xəzər rayonu, Binə qəsbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1977-ci il təvəllüdlü Meyxoş Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xatirə Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Meyxoş Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir".