Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Unikal.org-un məlumatına görə, yarışın 7-ci günündə 17 dəst medal sahibini tapacaq.

Bu mükafatlardan birinə Azərbaycan idmançısı da iddia edir. Cüdoçu Zelim Kotsoyev ölkəmizə ilk medalı qazandırmaq üçün mübarizəyə qoşulacaq.

Bu gün qüvvəsini sınayacaq 2-ci Azərbaycan təmsilçisi isə Məhəmməd Abdullayevdir. Boksçumuz Tokioda ikinci görüşündə də qələbə qazanmaq üçün rinqə çıxacaq.

29 iyul
06:00. Cüdo. Kişilər, 100 kq. 1/16 final. Zelim Kotsoyev – Aleksandr İddir (Fransa)
07:03. Boks. Kişilər, +91 kq. 1/8 final. Məhəmməd Abdullayev – Bahodir Calolov (Özbəkistan)