Futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – AEL (Kipr) cütünün qalibinin turnirin pley-off mərhələsindəki potensial rəqibləri açıqlanıb.

Unikal.org UEFA-nın saytına istinadən xəbər verir ki, bu cütün qalibi 1-ci qrupda səpələnmişlər siyahısında yer alacaq.

Pley-offa yüksələcək komanda aşağıda qeyd olunan cütlərin birinin qalibi ilə qarşılaşacaq.

ÇSKA (Sofiya, Bolqarıstan) – “Osiyek” (Xorvatiya)

“Pasuş de Ferreyra” (Portuqaliya) – “Larne” (Şimali İrlandiya)

“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya)

“Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç)

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-də keçiriləcək.