“Tokio-2020”də Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Olimpiadada mübarizəyə başlayıb.
Unikal.org xəbər verir ki, Tokio Olimpiya Stadionunda 200 metr məsafəyə qaçışda yarışan R.Quliyev 20.54 saniyə ilə ikinci olub və adını finala yazdırıb.
Final yarışı Bakı vaxtı ilə 15:50-də start götürəcək.