Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (Tokio-2020-də ilk Olimpiyada mükafatçı - bürünc medal)  soyadını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlı idmançı hazırda müvafiq sənədləşmə işlərini görür: 

"Kindzerska bir neçə ildir ki, Azərbaycan millisini təmsil edir. Onun yeni soyadı Əliyavadır. Bildiyiniz kimi, həyat yoldaşı azərbaycanlıdır. Ərinin valideynləri Bakının Nizami rayonunda yaşayırlar. Onu artıq İrina Əliyeva kimi çağıra bilərik".