"Bu gün Azərbaycandan uçan yanğınsöndürən təyyarə 10 heyətlə birgə Dalaman hava limanına eniş edib".
Unikal.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri və Antaliyanın keçmiş millət vəkili Mövlud Çavuşoğlu Antalyadakı yanğınlarla əlaqədar mətbuat konfransında məlumat verərkən bildirib.
Nazir deyib ki, Türkiyədə yanğınların söndürülməsinə dəstək məqsədilə Azərbaycan, həmçinin Gürcüstan vasitəsilə 50 yanğınsöndürən avtomobil və 150 heyət göndərib: "Bu gün qardaşım Ceyhun Bayramovla bu barədə danışıdq. Demək olar ki, hər gün bizimlə əlaqə saxlayıb, maraqlanırlar".