İspaniyanın "Barselona" klubu daha bir futbolçusu ilə yollarını ayıra bilər.

Unikal.org "Beteve" nəşrinə istinadən xəbər verir ki, Serxio Aquero Lionel Messi ilə bağlı qərardan sonra Kataloniya təmsilçisi ilə vidalaşmaq üzrədir.

Aqueronun nümayəndələri klubla müqavilə şərtlərinə yenidən baxmaq istəyir. "Barselona" rəhbərliyi 33 yaşlı hücumçuya sözləşmə imzalanarkən Messi ilə birlikdə oynayacağına dair söz verib.

Qeyd edək ki, "Barselona" mayın 31-də Serxio Aquero ilə iki illik müqavilə imzalayıb. Klub avqustun 5-də Lionel Messi ilə yollarını ayırıb.