Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Unikal.org-un məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə üz-üzə gəlib.

Rəqibinə 4:5 hesabı ilə məğlub olanb Əliyev gümüş medal qazanıb.

***

10:54

Bu gün Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020-də final görüşünə çıxacaq.

Unikal.org xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançımızın rəqibi Takuto Otoquro (Yaponiya) olacaq. Döyüşün Bakı vaxtı ilə saat 14:40-da başlaması gözlənilir.

Qeyd edək ki, H.Əliyev bundan əvvəlki mərhələlərdə Adama Diatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan), Bacranq Puniya (Hindistan) qalib gələrək finala yüksəlib.