Orenburqda (Rusiya) Azərbaycan komandasının da qatıldığı cüdo üzrə Avropa kuboku yarışı start götürüb.
Unikal.org xəbər verir ki, yarışda cüdoçularımız Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Elçin Hüseynov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Adil Kərimli (100 kq), Camal Feyziyev və İmran Yusifov (hər ikisi 100 kiloqramdan yuxarı) mübarizə aparırlar.
Turnirin birinci günü təmsilçilərimizdən Nurlan Osmanov fərqlənib. Cüdoçumuz finala qədər bütün rəqiblərini məğlub etsə də, qızıl medal uğrunda qarşılaşmada Askar Narkulova (Qazaxıstan) məğlub olaraq gümüş medalla kifayətlənib.
İki gün davam edəcək turnirdə on dörd ölkədən 200-ə yaxın cüdoçu iştirak edir.