Xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfərin ölməsi ilə bağlı başsağlığı verib.
Unikal.org xəbər verir ki, C. Bayramov “Tvitter” səhifəsində yazıb ki, qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq.
Nazir qəza nəticəsində vəfat edənlərin аilələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib.
Qeyd edək ki, bu gün Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə yerli vaxtla gecə saat 04.40 radələrində Balıkesir-Edremit yolunda baş verib. Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 14 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 18 nəfərdən 1-i isə xəstəxanada vəfat edib.