Tokio-2020 çərçivəsində həyata keçirilən 32-ci yay-Olimpiya oyunlarından sonra bürünc medal qazanan idmançımız Mariya Stadnik müsahibə verib. 

Unikal.org xəbər verir ki, idmançı qızıl medal ala bilmədiyinə görə təəssüflənsə də, əlində olan bürüncün qiymətini bilməli olduğunu deyib.

"Salam, Azərbaycan. Budur, əlimdə 4-cü Olimpiya medalımı tuturam. Təəsüf ki, bu qızıl medal deyil. Bu dördüncü Olimpiya medalı tarixdir, əzmdir, 20 ildən çox çəkdiyim əziyyətin nəticəsidir. 

Uduzanda düşündüm ki, bu medal qızıl olmayacaq və çox pis oldum. İndi isə əlimdə tutduğum bu bürünc medalın dəyərini anlayıram və bunun üçün Allaha şükr edirəm", - deyə güləşçi bildirib.