Azərbaycan şahmatçıları daha bir uğura imza atıblar.
Unikal.org xəbər verir ki, gənc şahmatçılar 10 yaşlı Cahandar Azadəliyev və 9 yaşlı Xaqan Əhməd, 12 yaşlılar və 10 yaşlılar arasında Rapid üzrə Dünya Çempionatı kubokunun qalibi olublar.
Cahandar Azadəliyev 12 yaşa qədər Dünya Çempionatına vəsiqə uğrunda turnirdə mümkün 10 oyundan 10 xal toplayaraq Rapid üzrə qalib olub.
Xaqan Əhməd isə 10 oyundan 9 xal toplamaqla 10 yaşa qədər Rapid üzrə Dünya Çempionatına kvalifikasiya turnirin qalibi olub.