Çin, 1 oktyabr tarixindən etibarən ölkə daxilində "qanunsuz məzmun"u olan mahnıların karaoke məkanlarına oxunmasını qadağan etmək üçün karaok "qara siyahı" yaradacaq.

Unikal.org xəbər verir ki, bu barədə Çinin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
 
Nazirlik, qadağan edilmiş məzmuna milli birliyi, suverenliyi və ya ərazi bütövlüyünü təhlükə altına alan, dini və xürafatı təbliğ edərək dövlətin dini siyasətini pozan, həmçinin qumar və narkotik kimi qanunsuz fəaliyyətləri təşviq edən mahnıları daxil edəcək.

Bildirilib ki, məzmun təminatçıları insanları bununla "sağlam və ruhlandırıcı" musiqi dinləməyə təşviq edəcəklər.

Ağarza Elçinoğlu