Şabran rayonunda dağlıq-meşəlik ərazidə baş verən yanğın tam söndürülüb.
"Unikal" xəbər verir ki, rayonun Çaraq kəndi istiqamətində mürəkkəb relyefli ərazidə başlayan yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının yayılmasının qarşısı alınaraq söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülüb. Yanğın artıq tam söndürülüb.
*** 17:54
Şabran rayonu, Çaraq kəndi ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılb.
FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
***16:07
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.
Əlavə məlumat veriləcək.