Mingəçevirdə kişini elektrik cərəyanı vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə Samux küçəsində baş verib. 1991-ci il təvəllüdlü Nəbiyev Samir Səlman oğlu ərazidə fəaliyyət göstərən zavodda söküntü işləri apardığı zaman elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma başlanılıb.
Ehtiram Muradov