Sabunçuda 3 otaqlı ev yanıb.
Bu barədə "Unikal"a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.