Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Şürük kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. E.Kazımovun deməsinə görə qonşu onun evinə hücum çəkib və ona xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev