Fransanın PSJ komandası Liqa 1-in II turunda bu gün “Anje” ilə oyuna itki ilə çıxacaq.
"Unikal" xəbər verir ki, paytaxt təmsilçisinin aparıcı üzvü Xviça Kvaratsxeliya həmin qarşılaşmada oynamayacaq.
Adı matçın iştirak ərizəsinə daxil edilməyən gürcüstanlı hücumçunun əzələsində yüngül problem var.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.