Tovuzda ikimərtəbəli ev yanıb.
"Unikal"ın məumatına görə, hadisə Tovuz şəhəri, Əhməd Cavad küçəsində qeydə alınıb. Belə ki rayon sakininə məxsus ikimərtəbəli evdə anidən yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb,yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Tural Əhmədov