"Taliban" terror qruplaşması tezliklə Əfqanıstanın paytaxtı olan Kabil şəhərini ələ keçirə bilər.
Unikal.org xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ-ın rəsmi mənbələrinə istinadən məlumat yayıb.
Həmin mənbələr bildirib ki, Birləşmiş Ştatlar tezliklə Kabildən öz diplomatlarını və digər vətəndaşlarını çıxarmalı olacaq. Əfqanıstan paytaxtının 30-90 gün ərzində taliblər tərəfindən ələ keçirilə biləcəyi qeyd olunur.
Həmçinin "Taliban" artıq Əfqanıstanın əksər şəhər və sərhədlərinə nəzarəti ələ keçirib.
Ağarza Elçinoğlu