Antalyada yanğınların baş aldığı Manavgat ərazisində bu dəfə zəlzələ meydana gəlib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kandilli Rəsədxanasından verilən açıqlamada, saat 12:48-də Denizyaka Manavgatda 25 kilometr dərinlikdə və 3,3 bal gücündə zəlzələ baş verib.
Qeyd edək ki, dağıntı və tələfatla bağlı məlumat yoxdur.