Hindistanda koronavirusa qarşı sərt karatin rejimi hələ də davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı olaraq, Hindistan polisi mərkəzi hissələrdə reyd keçirib. Belə ki, reyd zamanı polisin başına iş gəlib. Açıq havada maska taxmayan iki qadın polis tərəfindən saxlanılıb. Polis onlara maska taxmasını tələb edib, əks təqdirdə isə cərimə yazacağını bildirib.
Bununla razılaşmayan qadınlar polisə hücum çəkiblər. Hətta onlar polisi döyüblər. Həmin anlar anbaan kameralara əks olunub. Polisin qadınlar tərəfindən döyülməsi dünya mətbuatında gündəm yaradıb.
Gülayə Mecid