"İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib".
Bu barədə Unikal.org-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı", - nazirlikdən bildirilib.
Qeyd edək ki, Azərbaycanın Belarusdakı keçmiş səfiri İ.Vahabzadə "Youtube" hesabında Rusiya ilə bağlı müzakirələrə səbəb olan çıxış yayımlayıb.