Taliban son 6 gündə Əfqanıstanın 9 şəhər mərkəzini ələ keçirib. Bu səbəblə ölkələrini tərk edən əfqanlar Türkiyə sərhədinə axın edib.
Unikal.org xəbər verir ki, lakin Türkiyəyə sığınan əfqan qaçqınlar məskunlaşdığı yerlərdə insanlara və ölkənin mənafeyinə zərər verməkdə davam edirlər. Belə ki, iki gənc əfqanıstanlının tətil üçün getdiyi çimərlikdə türk bayrağını endirərək, yerinə Əfqanıstan bayrağını asıblar. Gənclər həmin anları sosial mediada paylaşıblar.
Video qısa zamanda Türkiyədə gündəmə səbəb olub. Hətta türklər, başqa millətlərin qaçqın kimi ölkələrinə buraxılmasını tənqid ediblər. Buna səssiz qalmayanlardan biri də, müğənni Işın Karaca olub. O, haqlı olaraq, " Dəli olacağam, sizləri ölkəmdə istəmirəm",- başlıqlı post bildirib. Gənclərin bu hərəkəti böyük qınaq obyektinə çevrilib.
Gülayə Mecid