Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostinlə telefonla danışıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, ABŞ və Rusiya müdafiə nazirləri strateji sabitlik, eləcə də qlobal və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparıblar.
Məlumata görə, Əfqanıstandakı son hadisələr də müzakirə mövzusu olub.