Gəncə şəhərində qardaş bacısına bıçaqla xəsarət yetirib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin şəhərin sakini, 1992-ci il təvəllüdlü Əzizova Ayişə Şehrəddin qızı qardaşı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.(report.az)