Bu gün “Qarabağ” Konfrans Liqasında növbəti matçına çıxıb.
Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsi çərçivəsində AEL (Kipr) ilə cavab görüşünü keçirib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb. Qurban Qurbanovun komandasına qələbə qazandıran qol 88-ci dəqiqədə vurulub. İkinci hissədə meydana daxil olan Ağdam klubunun yeni transferi Kadi Borqes "Qarabağ"a qələbə qazandıran qolu vurub - 1:0. Bu qələbə "atlılar"ı növbəti mərhələyə daşıyıb.
Qeyd edək ki, “Qarabağ” pley-offda “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.