Qazaxda qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

1999-cu il təvəllüdlü Mansurov Novruz Feyruz oğlu bıçaq xəsarəti ilə Qazax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaq, gənc oğlan xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayətin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(apa.az)