Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı artıb.

Unikal.org xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

Ən çox həlak olan Kastamonuda qeydə alınıb. Burada 46 nəfər təbii fəlakətin qurbanı olub. Bununla yanaşı, 8 nəfər Sinopda, 1 nəfər isə Bartın vilayətində ölüb.