Radikal "Taliban" hərəkatı öz döyüşçülərinə Kabilə hücum etməməyi əmr edib.

Unikal.org xəbər verir ki, bu barədə Taliban sözçüsü Zabihullah Mücahid bazar günü Twitter hesabında bildirib.

"Döyüşçülərimizə Kabilin girişində qalmağı və şəhərə hücum etməməyi əmr etdik",-deyə o qeyd edib.

Əfqanıstanın 1TV telekanalının verdiyi məlumata görə, "Taliban" rəhbərliyi hərəkatın qoşunlarının şəhərə sülh yolu ilə daxil olması ilə bağlı ölkə hökuməti ilə danışıqlar aparır.

Qeyd edək ki, daha əvvəl "RİA Novosti" yerli mənbəyə istinadən Talibanın Kabilə girdiyini, paytaxtdan qərbdə yerləşən Kabul Universitetini nəzarətə götürdüyünü bildirmişdi.

xxx

12:04

Radikal Taliban hərəkatı Kabil Universitetini nəzarətə alıblar.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Taliban artıq Kabildə bayrağını ucaldıb.