Türkiyə ordusunun bölmələri son sutkada 22 terrorçunu zərərsizləşdirib.

Unikal.org xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, qeyd edib ki, "Barış Pınarı” əməliyyat zonasına daxil olmağa çalışan 14 terrorçu zərərsizləşdirilib. Eyni zamanda Türkiyə Hərbi Hava Qüvvələri İraqın Qara bölgəsində 6, Hakurkda 2 terrorçunu məhv edib.