Əfqanıstan Prezidenti Əşrəf Qani istefaya verməyə razılaşıb.

Unikal.org  xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edək ki, Radikal "Taliban" hərəkatı Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini bildirib. Prezident Əşrəf Qaninin bu gün yaxın saatlarda istefa verəcəyi gözlənilirdi. Ölkədə keçid hökuməti qurulub. Bu hökumətə Əfqanıstanın keçmiş daxili işlər naziri Əli Əhməd Ciləli rəhbərlik edəcək.

Taliban hərəkatı ölkənin bütün böyük şəhərlərini ələ keçirib və bütün sərhəd keçidlərinə nəzarət edir.

***13:54

Əfqanıstan prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək.

Unikal.org xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı xəbər verib.

Telekanal həmçinin qeyd edib ki, hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildəki prezident sarayında baş tutacaq.