Əfqanıstanı tərk edən Prezident Əşrəf Qani, qısa müddət Tacikistanın paytaxtı Düşənbədə qaldıqdan sonra Omana uçub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tacikistan tərəfi Əşrəf Qaninin təyyarəsinin Özbəkistan, Türkmənistan və İran ərazisindən keçməsi üçün bu ölkələrin rəhbərliyi ilə razılığa gəlib.
Qeyd edək ki, avqustun 15-də "Taliban" qruplaşması Əfqanıstanın paytaxtı Kabili döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk etmək məcburiyyətində qalıb.
Hazırda xaos və əhalinin xarixi ölkələrə miqrasiyası hökm sürür.
Ağarza Elçinoğlu