Rusiyada son sutkada daha 20 765 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 621 601 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 806 nəfər artaraq 171 305-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 5 899 917 nəfər sağalıb.