İğdırı Naxçıvana bağlayan Dilucu Sərhəd Qapısında 13 metr uzunluğunda dirəklərə asılan Türkiyə-Azərbaycan bayraqları asılıb.
Unikal.org-un məlumatına görə, Dilucu Sərhəd Qapısından 10 km uzaqlıqdakı magistral yolda asılan bayraqlar Ermənistandan da görünür.
Iğdır Jandarma Komandanlığı tərəfindən inşa edilən Bayraq Abidəsinin üzərinə Qazi Mustafa Kamal Atatürk, Heydər Əliyev və Məhəmməd Əmin Rəsulzadənin sözləri yazılıb.
Gülayə Mecid