Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi ölkədə yaranmış gərginliyi daha da artırıb.
Unikal.org xəbər verir ki, bunu İngiltərənin müdafiə naziri Ben Uolles "Sky News"a verdiyi müsahibədə Əfqanıstandakı durumdan danışarkən qeyd edib.
O, NATO-nun bu ölkəyə qayıtmaq niyyətində olmadığını söyləyib.
"Geri qayıtmaq bizim planlarımızda yoxdur" deyən Uolles jurnalistin Kabilə nəzarətin bərpası mümkündürmü sualına belə cavab verib:
"Bunu qəbul edirəm edirəm ki, Taliban ölkəni idarə edir. Yəni demək istəyirəm ki, hazırkı situasiyanı anlamaq üçün politoloq olmağa ehtiyac yoxdur".